Bizim futbol

Millimiz üçün Litvayla Rusiyadan futbolçular və bolqarlarla yoxlama matçı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının oktyabrın 20-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq. 

Dsport.az xəbər verir ki, oktyabrın 22-də Bolqarıstana yola düşəcək yığmamız ayın 26-dək burada hazırlıq keçəcək. U-19 təlim-məşq toplanışı çərçivəsində oktyabrın 23-də və 25-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. 

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırq:

Nail Alışov - Neftçi
Nicat Mehbalıyev - Qarabağ
Kamran Məmmədov - Sabah
İbrahim Hüseynov - Qarabağ
Elnur İbrahimov - Spartak-2 (Moskva, Rusiya)
Rauf Hüseynli - Qarabağ
Elçin Mustafayev - Sabah
Hüseyn Əhmədov - Zirə
Zamiq Əliyev - Qarabağ
Rüfət Abdullazadə - Sumqayıt
Turan Vəlizadə - Qarabağ
Tural Bayramov - Qarabağ
Elvin Cəfərquliyev - Qarabağ
Şakir Seyidov - Sabah
Elcan Hafizli - Neftçi
Elvin Talıbov - Qarabağ
Ruslan Ərzumanov - Krasnodar (Rusiya)
Emil Qasımov - Sabah
Xəqani Sadıqov - Qarabağ
Kamran Quliyev - Yonava (Litva)