Bizim futbol

“Qarabağ” “Ağsu”ya, “Neftçi” “Sumqayıt”a uduzdu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub. 

“Şüvəlan” - “Zaqatala” və “Kəpəz” - “Keşlə-2” oyunlarında qalib müəyyənləşməyib.

“Turan Tovuz” “Sabah”ın əvəzedicilərini məğlub yola salıb. 

“Neftçi”nin əvəzediciləri “Sumqayıt-2” ilə oyundan məğlub ayrılıbsa, “Qarabağ-2” də “Ağsu”ya uduzub.

Birinci Divizion
7-ci tur
19 oktyabr

Şüvəlan - Zaqatala 1:1
Qol: Akif Tağıyev, 75 - Roini İsmayılov, 46.
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Elgün Hüseynov.
“AZAL Arena”.

Kəpəz - Keşlə-2 0:0
Hakimlər: Xəlil Xəlilov, Samir Ələsov, Elmin Süleymanov, Kərim Kərimov.
Gəncə şəhər stadionu.

Turan Tovuz - Sabah-2 2:1
Qol: Məzahir Əhmədov, 9. Seymur Tağıyev, 21 - Samir Seyidov, 90.
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Elxan Əsgərzadə, Vüsal Əliyev.
Tovuz şəhər stadionu.

Sumqayıt-2 - Neftçi-2 2:0
Qol: Elvin Nəsibov, 45; 54.
Hakimlər: Nahid Xasıyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Ağsu - Qarabağ-2 2:1
Qol: Elnur Səmədov, 16-pen; 51 - İbrahim Əliyev, 4.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı.
Ağsu şəhər stadionu.

Turun digər oyunları: Zirə-2 - Qaradağ Lökbatan 2:0, Səbail-2 - MOİK 1:3.

1 MOİK 7 7 0 0 13-3 21
2 Sumqayıt-2 7 6 0 1 18-5 18
3 Neftçi-2 7 4 2 1 6-4 14
4 Qarabağ-2 7 4 1 2 15-7 13
5 Zaqatala 7 2 3 2 9-7 9
6 Sabah-2 7 2 3 2 5-4 9
7 Şüvəlan 7 2 3 2 7-9 9
8 Səbail-2 7 3 0 4 9-15 9
9 Turan Tovuz 7 2 1 4 7-11 7
10 Ağsu 7 2 1 4 5-10 7
11 Qaradağ Lökbatan 7 2 1 4 3-10 7
12 Kəpəz 7 1 3 3 4-6 6
13 Keşlə-2 7 1 2 4 5-8 5
14 Zirə-2 7 1 0 6 6-13 3

Elvin Nəsibov ("Sumqayıt-2") - 7 qol