Bizim futbol

Mövsümün açılış iclası keçirildi

Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və Birinci Divizionda çıxış edən klub nümayəndələri üçün 2019-20-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
 
Dsport.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı
 
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.