Bizim futbol

Dabo “Qəbələ”yə qarşı oynamaya bilər

“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. 

Dsport.az xəbər verir ki, komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb. 

Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən qayıtmaqda olan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər.

Fransalı futbolçunun "Qəbələ” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyununa saat 17:00-da start veriləcək.