Bizim futbol

“Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyənin “Fənərbaxça” klubu 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı sosial şəbəkələrdəki hesablarında paylaşım edib. 

Dsport.az xəbər verir ki, klub rəsmi “Facebook", "Twitter" və "İnstagram" səhifəsində Azərbaycan xalqını təbrik edib. Hər üç səhifədə Azərbaycan dilində “Bir kərə yüksələn bayraq, bir daha enməz! Azərbaycanın müstəqillik günü mübarək olsun!" yazısı yer alıb.

Daha öncə Türkiyənin digər təmsilçisi “Beşiktaş” Azərbaycan xalqına oxşar təbrik ünvanlamışdı.