Bizim futbol

Liderdən ardıcıl 7-ci qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. 

Lider MOİK səfərdə "Səbail"in əvəzediciləri ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb. 

"Zirə"nin əvəzediciləri isə evdə "Qaradağ Lökbatan" üzərində inamlı qələbəyə sevinib.

Birinci divizion
7-ci tur
18 oktyabr

Zirə-2 - Qaradağ Lökbatan 2:0
Qol: Ülvi İbrahimov, 48. Tapdıq Əhmədov, 59.
Hakimlər: Rauf Cabbarov, Əli Cəbrayılov, Zöhrab Abbasov, Vüqar Həsənli
“AZAL Arena”.

Səbail-2 - MOİK 1:3
Qol: Emil Həsənzadə, 77-pen - Rəvan Babazadə, 10. Raul Yaqubzadə, 56; 60.
Hakimlər: Cahangir Yusifzadə, Müslüm Əliyev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bayıl Arena”.

Turun qalan görüşləri sabah keçiriləcək: Şüvəlan – Zaqatala, Kəpəz - Keşlə-2, Turan Tovuz - Sabah-2, Sumqayıt-2 - Neftçi-2, Ağsu - Qarabağ-2.