Bizim futbol

“Beşiktaş” Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyənin "Beşiktaş" klubu 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı sosial şəbəkələrdəki hesablarında paylaşım edib. 

Dsport.az xəbər verir ki, klub rəsmi “Facebook", "Twitter" və "İnstagram" səhifəsində Azərbaycan xalqını təbrik edib. Hər üç səhifədə "Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət" yazısı yer alıb.

İstanbul təmsilçisi həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu da paylaşıb.