Bizim futbol

BOS-da UEFA seminarı

Oktyabrın 29-dan noyabrın 1-dək Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı keçiriləcək.

Dsport.az xəbər verir ki, “Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçiriləcək seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcək. 

UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.