Bizim futbol

AFFA “Sumqayıt”ı qismən bağışladı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Dsport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.

“Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt”ın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. 

“Sumqayıt”ın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.