Bizim futbol

Rüfət Dadaşov: “Malta ilə oyunda xal itirməyimiz bizi üzdü”

Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Proyssen"də forma geyinən Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında keçirilən oyunlarla bağlı açıqlama verib.

Dsport.az xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan millisində yeni adların çox olduğunu deyib:

“Farer adalarına 3:0 hesabı ilə qalib gəldikdən sonra Malta ilə oyunda xal itirməyimiz bizi üzdü. Bir neçə qol şansından yararlana bilmədim. 

Baş məşqçi Qurban Qurbanov tərəfdən özümlə bağlı xoş sözlər eşitdim. Millidə bəzi simaları tanıyırdım, amma yeni adlar çoxdu.

Malta ilə oyunda istədiyimiz nəticəni qazana bilmədik. Bu da bizi üzdü. Rəqib müdafiə olunmaqla kifayətlənirdi. Dörd oyunda məğlub olmamışıq. Kosovo bizdən 2 xal öndədi. Hər şey mümkündü".

Robert Prosineçkinin baş məşqçi olduğu dövrdə yığmada oynamayan Dadaşov bununla bağlı da danışıb: "Bu qərar əsl ağılsızlıq idi. Mən yenidən özümə güvənirəm".