Bizim futbol

Zidan Bakıdakı fan-zonada

Futbol üzrə Fransa yığmasının və İspaniyanın “Real” klubunun sabiq futbolçusu Zinədin Zidan Azərbaycana gələ bilər.

Dsport.az saytının əldə etdiyi məlumata görə, səfərin yaxın aylarda gerçəkləşməsi gözlənilir. Qısa müddətli səfər hazırda müzakirə səviyyəsindədir.

Son illərdə Madrid klubuna baş məşqçi kimi də müxtəlif titular qazandırmış Zidanın Bakıya səfərinin məqsədi də bəllidi. Belə ki, o, Azərbaycanda təşkil olunacaq Avropa Liqasının finalıyla bağlı yaradılan fan-zonada qonaq olacaq.