Bizim futbol

AFFA-dan hakimi döyən məşqçiyə 1 illik cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında “İmişli” FK – “Ağsu Siti” matçının 60-cı dəqiqəsində “Ağsu Siti”nin futbolçusu Mirxəyyam Seydəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Qoşqar UGİM 2” – “Kürmük” matçının 73-cü dəqiqəsində “Qoşqar UGİM 2”-nin futbolçusu Elxan Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın.

U-17 Liqasında “Tufan” FK – “Səbail” matçının 32-ci dəqiqəsində “Tufan”ın futbolçusu Arzu Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Neftçi İK İB”-nin futbolçusu Vaqif Ağadadaşov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “Neftçi” İK İB-nin futbolçusu Murad Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəküşkül) matçı başa çatandan sonra “Laçın”ın məşqçisi Məhəbbət Rəhimov aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

U-13 Liqasınfa “Uğur Gii” (Ucar) – “Sabirabad” matçının 30-cu dəqiqəsində “Sabirabad”ın futbolçusu İsmayıl Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 48-ci dəqiqəsində “Uğur”un futbolçusu Musa Hacızadə öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 48-ci dəqiqəsində “Uğur”un futbolçusu Xəyal Cahangirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-11 Liqasında “Neftçi” – “Zirə” matçında “Zirə”nin məşqçisi Seymur Şəbiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Avanqart” – “Star Karqo” matçının 24-cü dəqiqəsində “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Baker Tilly” – “Hicran” matçının 21-ci dəqiqəsində “Hicran”ın futzalçısı Rafiq Salayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bibi-Heybət” – “Baku Fire-2” matçının 26-cı dəqiqəsində “Baku Fire-2” klubunun futzalçısı Fikrət Zeynallı hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.