Bizim futbol

Millimizin oyununda 6 qol

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydanında “Şüvəlan”la keçirilmiş qarşılaşma 3:3 hesabı ilə başa çatıb. 

Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-19-un digər qolunu Elvin Cəfərquliyev vurub.