Bizim futbol

“Sumqayıt” - “Sabah” matçının stadionu dəyişdirildi

Topaz Premyer Liqasının 8-ci turunun oyun proqramında dəyişiklik edilib. 

Dsport.az xəbər verir ki, “Sumqayıt” klubunun rəsmi məktubuna əsasən “Sumqayıt” – “Sabah” görüşünün yerinin dəyişdirilməsinə qərar verilib. 

Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Bayıl Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq.