Bizim futbol

Azərbaycan millisindən son oyunda heç-heçə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində son oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda səfərdə Norveçlə üz-üzə gəlib.

Geridə qalan 9 oyundan yalnız 2-də heç-heçə edib, 7-də məğlub olan Azərbaycan millisi seçmə mərhələdə ən azı 1 qələbə qazanmaq arzusundaydı. Buna nail olacağı halda komandamız həm də Norveçə Bakıdakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilərdi.

Qarşılaşmada hesabı məhz azərbaycanlı futbolçular açıblar. Lakin erkən qolla gələn üstünlüyü sonadək qorumaq mümkün olmayıb. Meydan sahibləri qarşılaşmanın sonunda bərabərlik qolunu vura biliblər. Nəticədə, komandamız seçmə mərhələyə heç-heçə ilə yekun vurub.

Bu gün Azərbaycan yığmasının yer aldığı qrupda həm də İsrail - Kosovo və Almaniya - İrlandiya matçları baş tutub. Almanlar inamlı qələbə ilə qrupu vahid lider kimi başa vurublar. İsrail də Kosovonu darmadağın etməklə bir pillə irəliləməyə nail olub.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
16 oktyabr

Norveç - Azərbaycan 1:1
Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9-pen.
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (Bolqarıstan)
Drammen. “Maryenlist” stadionu.

Norveç: 1. Sondre Rossbax, 2. Yulian Ryerson, 5. Ulrik Yenssen, 6. Vebyorn Hoff, 8. Morten Torsbi (k), 9. Birk Risa, 11. Tobias Haynts, 15. Nikolas Mikkelson, 16. Tobias Borkeyet, 17. Dennis Yonsen, 19. Leo Ostiqard.
Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 3. Andreas Olsen, 4. Ulrik Fredriksen, 7. Morten Konradsen, 13. Martin Samuelsen, 18. Erlinq Haland.
Baş məşqçi: Leif Gunnar Smerud.
Azərbaycan: 12. Kaman İbrahimov, 2. Sertan Taşqın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Hacıağa Hacıyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 11. Barış Ekincier, 15. Ömər Buludov, 19. Eltun Turabov, 20. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 10. Qismət Əliyev, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 18. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Almaniya - 25, Norveç - 15, İrlandiya - 14, İsrail - 14, Kosovo - 12, Azərbaycan - 3.