Bizim futbol

“Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı

Premyer Liqanın 5-ci turu çərçivəsində baş tutan “Keşlə” - “Sumqayıt” oyununda yol verdiyi hərəkətə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalanan Anton Diaçenko “Sumqayıt”la yollarını ayırıb.

Dsport.az xəbər verir ki, ukraynalı mütəxəssis matçın 4-cü hakiminə təzyiq göstərdiyinə görə 10 oyun diskvalifikasiya olunmuş və 8 min manat cərimələnmişdi.

“Gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov “Futbol+” qəzetinə açıqlamasında xəbəri təsdiqləyib. O, Diaçenkonun ailə məsələləri səbəbindən vətəninə yollandığını bildirib. 26 yaşlı mütəxəssis karyerasını Ukraynada davam etdirəcək.