Bizim futbol

“Neftçi” məşqləri bərpa etdi

“Neftçi” məşqləri bərpa edib. 

Dsport.az xəbər verir ki, oktyabrın 13-də baş tutmuş ikitərəfli oyundan sonra bir günlük istirahətə buraxılan komanda bu gün doğma bazasında məşqə çıxıb. 

Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan U-21 və Haiti milli komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, millinin düşərgəsindən qayıdanlar və baxışda olan qvineyalı yarımmüdafiəçi Mamadu Kane hazırlığa qatılıblar. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyununa saat 17:00-da start veriləcək.