Bizim futbol

5 liqada 3584 futbolçu

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, U-13 və U-14 liqalarında ötən həftə ümumilikdə 256 oyun keçirilib.

Dsport.az xəbər verir ki, bu oyunlar zamanı 3584 futbolçu meydana çıxıb. 

Qeyd edək ki, liqaların oyunları 12 mərkəzləşdirilmiş regionda - Bakı, Sumqayıt, Cəlilabad, Lənkəran, Quba, Mingəçevir, Qax, Qəbələ, Gəncə, Tovuz, İmişli və Ağsuda keçirilir.