Bizim futbol

Sabiq “Xəzər Lənkəran”lı “Dinamo”nun baş məşqçisi oldu

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

Dsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis Buxarest “Dinamo”sunun “sükanı arxasına” keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 56 yaşlı rumıniyalı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.

Mirça Rednik 2010-2011-ci ilərdə "Xəzər Lənkəran"ı çalışdırıb. O, 4-cü dəfə "Dinamo"ya baş məşqçi təyin olunur. Rednik 2006-2007, 2008-2009 və 2015-2016-cı illərdə də Buxarest təmsilçisinin “sükanı arxasında” olub.