Bizim futbol

Moldovalı Riçard Almeydanı qabaqladı - UML

Futbol üzrə UEFA Millətlər Liqasının ilk dövrənin oyunlarından sonra statistik məlumatlar açıqlanıb.

Dsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçularının siyahısında ikincidi.

30 yaşlı futbolçu keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə yalnız moldovalı Aleksandr Yepuryanudan geri qalır. Sözügedən oyunçu 3 oyuna 233 dəqiq ötürmə edib.

Azərbaycan yığmasının Millətlər Liqasının 4-cü turu çərçivəsində bu gün doğma meydanda Malta ilə üz-üzə gələcək.