Bizim futbol

Millimiz Maltaya Bakıda da qalib gələ bilmədi

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı millimiz doğma meydanda Malta ilə qarşılaşıb. Komandamız bu görüşdə vacib xallar itirib.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalmış, bir neçə gün öncə isə səfərdə Farer adalarına böyük hesabla qalib gəlmişdi - 3:0. Malta isə ilk turda Farer adalarına 3:1 hesabıyla qalib gəldiyi halda, oktyabrın 11-də Kosovoya oxşar hesabla uduzmuşdu.

Bu gün millimizin yer aldığı qrupun digər matçında lider Kosovo səfərdə Farer adaları ilə qarşılaşıb. Bu görüşdə də komandalar meydanı hərəyə 1 qol, 1 xalla tərk ediblər.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

14 oktyabr

Azərbaycan - Malta 1:1
Qol: A.Abdullayev, 53 - R.Muskat, 37.
Baş hakim: İvan Bebek.
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç.
Dördüncü hakim: Qoran Pataki.
Əlavə köməkçi hakimlər: Mario Zebek, Qoran Qabrillo (hamısı Xorvatiya).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Malta: 1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pol Fenek, 9. Yozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Juan Korbolan. 17. Rayan Kamilyeri, 19. Alfred Effionq.
Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 6. Cek Qrek, 7. Stefen Pisani, 13. Kleyton Failla, 14. Jan Pol Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Keyn Attard.
Baş məşqçi: Rey Farruciya.

Farer adaları - Kosovo 1:1
Qol: R.Yonsen, 50 - M.Raşiça, 9.

Kosovo - 8, Azərbaycan - 6, Farer adaları - 4, Malta - 2.