Bizim futbol

“Keşlə” Divizion klubuna 5 qol vurdu

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” də bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Dsport.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb. 

“ASK Arena”da baş tutan oyunda Keşlə klubu Birinci Divizionun liderinə 5:1 hesabı ilə qalib gəlib.

“Keşlə”nin heyətində Amil Yunanov dubla imza atıbsa, Azər Salahlı, Andre Klennon və Vaqif Cavadov hərəyə bir dəfə fərqləniblər.