Bizim futbol

“Neftçi”dən ikitərəfli oyunda 5 qol

“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. 

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq çərçivəsində ikitərəfli oyun keçirib. Klubun bazasında baş tutan görüşdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, "Neftçi-2”nin bir neçə üzvü meydana çıxıb.

"Ağlar” və "qaralar”a bölünən komandaların oyununda birincilər qələbə qazanıblar – 3:2. Qaliblərin qollarını Mirabdulla Abbasov, Şöhrət Yusifov və Tural Axundov vurublar. "Qaralar”dan isə Rəşad Eyubov və Kvame Karikari fərqlənib.

Xatırladaq ki, "Qəbələ” – "Neftçi” oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.