Bizim futbol

EKOL-dan Yüksək Liqada 1400-cü qol

Bu gün keçirilmiş futzal üzrə Yüksək Liqanın 4-cü turunda EKOL üçün yubiley qolu qeydə alınıb. 

Rekord.az xəbər verir ki, bu matça qədər Yüksək Liqada aktivində 1396 qol olan EKOL 1400-cü qolunu vurub. Tarixi qolun müəllifi Samir Həmzəyev olub. Onun oyunun 8-ci dəqiqəsində vurduğu qol yubileyin qeyd edilməsinə imkan verib.

Qeyd edək ki, EKOL bu görüşdə 21:4 hesabıyla qalib gəlib.