Bizim futbol

“Neftçi” “Qəbələ” ilə matça hazırlığı davam etdirir

“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. 

Dsport.az xəbər verir ki, paytaxt klubu bu gün öz bazasında növbəti məşqə çıxıb. 

Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, "Qəbələ” – "Neftçi” oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.