Bizim futbol

Premyer Liqada 7-ci turun ən yaxşı futbolçusu açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 7-ci turunun ən yaxşı oyunçusu “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviç seçilib. 

“Qəbələ”yə qarşı keçirilən oyunda serb futbolçu yeganə qolun müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudu.