Bizim futbol

“Keşlə”nin əvəzediciləri də yoxlama matçı keçirəcək

Birinci Divizionda mübarizə aparan “Keşlə”nin əvəzedici komandası oktyabrın 12-də yoldaşlıq matçı keçiriəcək. 

Dsport.az xəbər verir ki, sözügedən kollektiv Birinci Divizionda mübarizə aparan “Qaradağ Lökbatan”la qarşılaşacaq. “ASK Arena”da baş tutacaq oyuna saat 14:30-da start veriləcək.

Qeyd edək ki, “Keşlə”nin əsas komandası da Birinci Divizionun digər təmsilçisi MOİK-lə yoxlama oyunu keçirəcək.