Bizim futbol

“Keşlə” daha bir legioner gətirdi

“Keşlə” heyətinə yeni futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, Toqo əsilli fransalı futbolçu Conatan Eite ilə rəsmi müqavilə imzalanıb.

Təcrübəli hücumçu cari mövsümün sonunadək keşləlilərin uğurları üçün çalışacaq. 33 yaşlı legionerin son klubu Türkiyədə “Samsunspor” olub. O, karyerası ərzində bu ölkədə “Yeni Malatyaspor” və “Alanyaspor”un da formasını geyinib. Fransada doğulan forvard bu ölkənin “Bordo”, “Brest” və “Nim” komandalarında da çıxış edib. O, Toqo yığmasında 24 oyun keçirib və 6 qol vurub.

Qeyd edək ki, “Keşlə” bir müddət əvvəl Mavritaniya yığmasının yarımmüdafiəçi Diallo Quydilleye ilə də müqavilə bağlamışdı.