Bizim futbol

Yüksək Liqada sarı vərəqə “liderləri”

Sabah futzal üzrə Yüksək Liqada 4-cü turun iki oyunu keçiriləcək. 

Dsport.az xəbər verir ki, tur ərəfəsində sarı vərəqələrə diqqət yetirərkən, iki oyunçunun passivində 3 sarı vərəqənin olduğunu görürük.

“Araz”dan Adəm Həbibov meydana çıxdığı hər 3 matçda passivini “zənginləşdirib”. “Xəzər Cənub”dan Omid Nabat analoji durumla üz-üzədi.

Adəm Həbibov (Araz) - 3
Omid Nabat (Xəzər Cənub) - 3
Rüfət Balakişiyev (Neftçi İK) - 2
Vitali Borisov (Neftçi İK) - 2
Seyid Musevi (Liman FK) - 2
Salar Şahnazi (Yasamal FK) - 2