Bizim futbol

Millimizin ilk qələbəsi darmadağınla gəldi

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Farer adaları ilə qarşılaşıb. Futbolçularımız bu görüşdə darmadağına imza atıblar. 

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalmışdı. Farer adaları isə ilk turda Maltaya 3:1 hesabıyla qalib gəldiyi halda, səfərdə Kosovoya 0:2 uduzmuşdu.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Malta ilə qarşılaşıb. Bu görüşdə də qrupun lideri olan kosovolular inamlı qələbəyə seviniblər.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

11 oktyabr

Farer adaları - Azərbaycan 0:3
Qol: R.Almeyda, 28; 86-pen. D.Nazarov, 67.
Baş hakim: Aleksey Yeskov.
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov.
Dördüncü hakim: Valeri Dançenko.
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hakimlər briqadası Rusiyadandı).

Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atil Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Bartalsstovu, 8. Brandur Hendriksson, 9. Gilli Sorenson, 10. Finnur Yustinussen, 14. Yoan Edmundsson, 15. Odmar Faero, 16. Rene Yoensen.
Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 11. Heini Vatnsdal, 13. Aleks Mellemqaard, 17. Gunnar Vatnhamar, 19. Roqvi Baldvinsson, 20. Eli Nilsen, 21. Klemint Olsen, 22. Pol Yohannus Yustinussen.
Baş məşqçi: Lars Olsen.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Kosovo - Malta 3:1
Qol: B.Kololli, 30; 81. V.Muriqi, 68 - E.Aqius, 51.