Bizim futbol

“Səbail”lə “Qəbələ” yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” yoxlama görüşündə qüvvəsini sınayacaq.

Dsport.az xəbər verir ki, paytaxt klubu “Qəbələ” ilə qarşılaşacaq. Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 13-də “Bakı”nın bazasında baş tutacaq matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" ölkə çempionatında 3-cü, "Qəbələ" isə 6-cı pillədə qərarlaşıb.