Bizim futbol

Millimizin oyunu canlı yayımda

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Farer adalarına qarşı keçirəcəyi səfər oyunu canlı təqdim olunacaq.

Dsport.az xəbər verir ki, sözügedən qarşılaşmanı “CBC Sport” canlı yayımlayacaq.

Sabah Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçiriləcək Farer adaları - Azərbaycan qarşılaşmasına Bakı vaxtilə saat 22:45-də start veriləcək.