Bizim futbol

Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçını keçirəcəyi Torshavn şəhərində açıq məşqə çıxıb.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Farer adaları yığmasıyla səfər qarşılaşması öncəsi matçın keçiriləcəyi "Torsvollur" stadionunda hazırlıq keçib.

Farer adaları - Azərbaycan qarşılaşması oktyabrın 11-də Bakı vaxtilə saat 22:45-də keçiriləcək.