Bizim futbol

Stuxlik klub nümayəndələri ilə görüşdü

Bu gün AFFA-nın inzibati binasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və nümayəndələri ilə görüş keçirib. 

Dsport.az xəbər verir ki, tədbirdə fikir mübadiləsi aparılıb, klub nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.