Bizim futbol

U-21-in açıq məşqi olacaq

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq. 

Dsport.az xəbər verir ki, oktyabrın 12-də, saat 17:00-da, “Bayıl Arena”da başlayacaq məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, komanda Norveçə oktyabrın 13-də yola düşəcək.