Bizim futbol

“Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

“Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Dsport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağlanıb. 30 yaşlı futbolçu “Sabah”da 22 nömrəli formada çıxış edəcək.

Bosançiç karyerası ərzində Serbiyanın “Partizan” (2006-2008), OFK (2008), “Çukariçki” (2008-2009), “Srvena Zvezda” (2014-2015), Çexiyanın “Slovan Liberets” (2009-2012, 2017-2018), Portuqaliyanın “Boavişta” (2007-2008), Cənubi Koreyanın “Qyonqnam” (2013-2014), Taylandın “Tero Sasana” (2016-2017), Çinin “Qrintaun” (2015) klublarında çıxış edib. Onun son komandası Bakının “Keşlə” klubu olub. Bosançiç bu yay müqavilə bağladığı paytaxt klubundan bir neçə gün öncə qarşılıqlı razılıq əsasında ayrılmışdı.