Bizim futbol

“Neftçi”: 8 ildən sonra ilk dəfə

“Neftçi” Topaz Premyer Liqasının startındakı məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. 

Dsport.az xəbər verir ki, 5-cu turun “Zirə” ilə qarşılaşmasında 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” bu görüşlərdə 4 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Paytaxt klubunun ilk 5 oyunda uduzmamasına son 8 mövsümdə ilk dəfə təsadüf olunur. Bakılıların belə uğurlu startı sonuncu dəfə 2010/11 mövsümündə qeydə alınıb.

Hesabında 13 xal olan “Neftçi” belə göstəriciyə də 2010/11 mövsümündən sonra imza atmamışdı. Lakin 8 il öncə top fərqi indiki ilə müqayisədə daha yaxşı olub. Həmin vaxt 10 qol vurub, 1-ni buraxan “ağ-qaralar”da bu göstərici 9-3-dü.