Bizim futbol

Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Dsport.az xəbər verir ki, şənbə və bazar günü keçiriləcək turun bütün oyunları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Topaz Premyer Liqası
6-cı tur
29 sentyabr (şənbə)

“Neftçi” – “Səbail"
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. 8-ci km stadionu, 18:55. 

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Masazır. “Əlincə Arena”, 20:50.

30 sentyabr (bazar)

“Qəbələ” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Bakı. “Bayıl Arena”, 20:00.