Bizim futbol

UEFA-dan “Qarabağ”a 4 milyon avro

“Qarabağ”ın UEFA Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış  4 035 740.00  (dörd milyon otuz beş min yeddi yüz qırx) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Dsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:

- Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro

- Əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə – 1 285 740.00 (bir milyon iki yüz səksən beş min yeddi yüz qırx) avro.