Bizim futbol

“Qarabağ” – “Zirə” matçının vaxtı açıqlandı

Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Qarabağ” – “Zirə” görüşünün vaxtı və yeri açıqlanıb.

Dsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək:

Topaz Premyer Liqası
1-ci turun oyunu
26 sentyabr (çərşənbə)

“Qarabağ” – “Zirə”
“Azersun Arena”, 20:00 (“CBC Sport”/canlı).