Bizim futbol

Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ”ni 4:1 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

- Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər. “Qəbələ”yə uğurlar arzulayıram.

- Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. “Qarabağ”ın 2-ci heyətinin “Qəbələ”ni belə rahat məğlub etməsi size məyus etmir?
- Xeyr. Bu cür nəticələr nadir hallarda qerydə alınır. Məsələn, “Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu. 

- Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsindən məlumatınız varmı və bu barədə onunla söhbət etmisinizmi?
- Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az-az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın zamanının çox vaxtını alır.

- Araz Abdullayev mərkəz hücumçusu kimi çox yaxşı təsir bağışladı. Forvard qıtlığında onun mövqeyini birdəfəlik dəyişmək niyyətiniz yoxdu?
- Araz universal oyunçudu. Hücumda oynamaq potensialı yetərincədi. Bu gün əlimə belə fürsət düşdü və özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək. (Sport24)