Bizim futbol

Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisinin gənc çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

- İlk hisədə normal, ikinci hissədə zəif oynadıq. "Səbail" fasilədən sonra üstün oynadı. Bizə qol vursaydılar, işimiz çətin olardı. Yeni komandayıq. nəticə istəyiriksə, hər oyunda xal bizim üçün çox vacibdi. Futbolçular sağ olsunlar.

- Bəxtiniz də gətirdi. Sizcə, "Səbail" sizi yaxşı təhlil etmişdi, yoxsa arxayınlıq vardı?
- Həmkarım Aftandil Hacıyev ağıllı mütəxəssisdi. Əlbəttə, bizi yaxşı təhlil etmişdi. Yaxşı komanda yaradıb və bizə şətin anlar yaşatdılar. 

- Çempionatın bomardiri Marko Deviç dayandı. Belə çıxır ki, o, qol vurmayanda, "Sabah" da qol vura bilmir?
- Maraqlı sualdı. Çalışrıq ki, digər futbolçularımız da qol vursun. Sadəcə, Deviç daha təcrübəlidi və şanslarından istifadə edir. Əslində, bu matçda yüzdüəyüz qol imkarımız da olmadı. Qol vəziyyəti yarada bilmədik. Rəqib yaxşı müdafiə olundu. (Sport24)