Bizim futbol

“Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

Dsport.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq oyuna 10 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də, saat 20:55-də başlayacaq.

“Qarabağ” Avropa Liqasının ilk turunda keçirdiyi oyunda səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub.