Bizim futbol

Azərbaycan millisindən biabırçı məğlubiyyət

Azərbaycanın futbol üzrə 17 yaşadək qızlardan ibarət milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Dsport.az xəbər verir ki, Moldovada keçirilən oyunda Azərbaycan yığması İngiltərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunu Katarina Kampos (Portuqaliya) idarə edib. Ona həmyerlisi Vanessa Alexandra Dias və moldovalı Maria Buklis kömək ediblər. Dördüncü hakim funksiyasını Natalia Çeban (Moldova) yerinə yetirib.

Qarşılaşmaya gəlincə, azərbaycanlı futbolçular 7 cavabsız qola üzülüblər. Sonuncu qolu 81-ci dəqiqədə Pərvin Səfərəliyeva öz qapısından keçirib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi oyunda İslandiyaya 0:1 hesabı ilə uduzmuşdu.

AÇ-nin seçmə mərhələsi
22 sentyabr

İngiltərə - Azərbaycan 7:0