Bizim futbol

Emin Mahmudov “Zirə”yə qarşı oynayacaq?

“Neftçi” Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını başa vurub.

Dsport.az xəbər verir ki, sözügedən kollektiv bu gün doğma bazasında son məşqə çıxıb. 

Hazırlıq prosesindən yalnız zədəli Ruslan Abışov kənarda qalıb. Emin Mahmudov komanda ilə məşqlərə qoşulsa da, onun sabah meydana çıxıb-çıxmayacağı hələ ki, dəqiqləşməyib.

Xatırladaq ki, Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Dalğa Arena”da keçiriləcək "Zirə” – "Neftçi” oyunu sabah saat 20:30-da başlanacaq.