Bizim futbol

“Qarabağ” xal itirdi, MOİK növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə üç görüş keçirilib. 

"Qarabağ-2" "Şüvəlan"la ev oyununda ilk xal itkisinə üzülüb. MOİK isə "Zirə"nin əvəzediciləri ilə dueldə növbəti qələbəsini rəsmiləşdirib. "Səbail-2" də "Keşlə-2" üzərində qələbəyə sevinib.

Birinci Divizion
4-cü tur

21 sentyabr

Keşlə-2 - Səbail-2 1:2
Qol: Nurlan Quliyev, 2 - Orxan Qurbanlı, 16; Nurlan Rzazadə, 61.
Hakimlər: Kamal Umudlu, Azər Əsgərov, Eyyub İbrahimov, Emin Nağıbəyov
Bakı. “ASK Arena”, 16:00.

MOİK - Zirə-2 1:0
Qol: Orxan Həsənov, 39-pen.
Hakimlər: Etibar Həsənov, Ruslan Babayev, Samir Ələsov, Bəxtiyar Gözəlov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Qarabağ-2 - Şüvəlan 1:1
Qol: Rövlan Muradov, 49 - Qara Qarayev, 16.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

Turun digər oyunları:
Ağsu - Sumqayıt-2 0:3
Zaqatala - Kəpəz 0:0
Qaradağ Lökbatan - Sabah-2 0:0
Neftçi-2 - Turan Tovuz 1:0