Bizim futbol

“Qarabağ” rəsmiləri Portuqaliyada həndbola baxdı

Portuqaliyanın “Sportinq” klubunun yeni prezidenti Frederiko Varandaş Avropa Liqasının qrup mərhələsinin 1-ci tur matçından öncə “Qarabağ” rəsmilərini həndbol matçına dəvət edib. 

Dsport.az xəbər verir ki, bu, iki komanda arasındakı futbol oyunu günü baş verib. "Qarabağ" rəsmiləri "Sportinq"in həndbol komandasının "Fafe" ilə ölkə çempionatındakı oyununu izləyiblər. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 35:20. 

Qeyd edək ki, oyunu "Qarabağ" rəsmilərindən klubun İdarə Heyətinin üzvü Fevzihan Araz və menecer Asif Əsgərov izləyib.