Bizim futbol

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Dsport.az xəbər verir ki, oyunu idarə edəcək hakimlər məlum olub. Qarşılaşmanı FİFA referiləri Elçin Səmədli, Yusif Nurullayev və Ramil Namazov idarə edəcəklər.

Azərbaycan - Qazaxıstan oyunu sentyabrın 23-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.