Bizim futbol

“Qarabağ”da daha bir ciddi itki

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirilən səfər oyununda ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, Ağdam klubunu bu oyuna kapitan sarğısı ilə çıxaran Maksim Medvedev sıradan çıxıb.

Belə ki, qarşılaşmanın 54-cü dəqiqəsində meydan sahiblərinin hesabı açdığı epizod zamanı qolun müəllifi Rafinyaya mane olmağa çalışan müdafiəçi dizindən ağır zədə alıb. Həkimlərin müdaxiləsinə rəğmən, Maksim oyunu davam etdirə bilməyib. Bu üzdən də baş məşqçi Qurban Qurbanov meydana gənc müdafiəçi Abbas Hüseynovu buraxıb.

Xatırladaq ki, “Qarabağ”da Dani Kintana, Simeon Slavçev və Rəşad Sadıqov da hazırda zədə səbəbindən komandaya kömək edə bilmir.