Bizim futbol

Azərbaycan yığması Ukraynaya yenə böyük hesabla uduzdu

Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçuların rəqibi yenə Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası olub.

Qarşılaşma 3:0 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda da bu rəqibinə böyük hesabla (0:7) uduzmuşdu.